AÇIQ DƏRS – 12.03.2026

12 mart 2026-cı il tarixində Fizika kafedrasının  dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun   III kurs Fizika müəllimliyi ixtisasında “ Statistik fizika” fənnindən  “Klassik statistikanın qazların istilik tutumu məsələsinə tətbiqi. Bərk cisimlərin istilik tutumu” mövzusunda açıq dərsi keçirildi.

Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva., Fizika kafedrasının müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos. Səyyarə İsgəndərova., dos.Rasim Hüseynov., f.f.d. b/m. Aysel Həmzəyeva., b/m. Rəşad Abbasov iştirak etmişdilər.

dos. Rizvan İmanov dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən  professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun  nəzəri  hissəsinin izahına başladı.  O, mövzunun  izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman  onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs yüksək qiymətlə “qənaətbəxş” qiymətləndirildi.