TORPAQ ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

2026-cı ildə Azərbaycanda Torpaq çərşənbəsi (İlaxır çərşənbə) 17 mart  tarixinə təsadüf edir. Novruzun sonuncu və ən əhəmiyyətli çərşənbəsi olan bu gündə torpaq oyanır, bərəkət və ruzi rəmzi kimi qeyd olunur. 

Bu çərşənbəyə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.

Boz ayın sonuncu çərşənbəsi xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Hətta ölkəmizin bəzi bölgələrində Novruz bayramının özü qədər təntənəli keçirilir.

İlaxır çərşənbənin çox sayda müxtəlif mərasim ənənələri var. Həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapıpusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şamyandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.

Həmçinin bu günün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedər, ölülərin ruhuna Quran oxunar, dua edərlər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan–bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar.

Torpaq çərşənbəsinin əsas xüsusiyyətləri:

  • İlaxır çərşənbə: Baharın gəlişindən əvvəlki sonuncu çərşənbədir.
  • Adət-ənənələr: Süfrələr daha zəngin olur, torpaqla bağlı inanclar (məsələn, “torpaq danışır”) ön plana çıxır.
  • Əlamətləri: Bu gün torpağın isinməsi, təbiətin canlanması ilə xarakterizə olunur. 

TORPAQ ÇƏRŞƏNBƏNİZ MÜBARƏK !!!!!