AÇIQ DƏRS – 13.05.2026

13  may  2026 – cı il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının baş müəllimi Məmmədov Elçin Misir oğlunun  I kurs Maşın mühəndisliyi  ixtisasında  “Maşın dizaynı”  fənnindən mühazirə açıq dərsi keçirilmişdir.

Açıq dərsin mövzusu  “Gərilmə ilə birləşdirmələr və onların konstruktiv xüsusiyyətləri” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. Mətanət Tağıyeva, “ÜTF və texnologiya” kafedrasının professor–müəllim  heyəti üzvlərindən:  dos.(attestatsız) Saidə Tağıyeva., b/m. Elbrus Hüseynov., müəl. İradə Seyidova., müəl. Elgün Həsənova., müəl. Samirə Əhmədova iştirak etmişdilər.

b/m.Elçin Məmmədova açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs qənaətbəxş  qiymətləndirildi.