dos. Qiluyev Niyazi İslam oğlunun Fizika müəllimliyi ixtisasının I kurs tələbələri üçün “Mexanika”fənnindən “Enerji. Enerjinin saxlanması qanunu. İki cismin toqquşması” mövzusunda açıq dərsi keçirilmişdir.

Gəncə Dövlət Universitetinin Fizika kafedrasında  “Mexanika” fənnindən açıq dərs  keçirilmişdir

12 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin   Fizika kafedrasının dosenti Quliyev Niyazi İslam oğlu tərəfindən Fizika müəllimliyi ixtisasının I kurs tələbələri üçün “Enerji. Enerjinin saxlanması qanunu. İki cismin toqquşması” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə dosent Niyazi Quliyev gündəlik həyatdan sadə fiziki misallar çəkərək (məsələn, cisimlərin hərəkəti, toqquşma prosesləri) tələbələrdə maraq oyatdı və keçən dərslərlə əlaqə quraraq yeni mövzuya keçid etdi.Kinetik və potensial enerji düsturları, onların fiziki mənası ətraflı izah olundu.

 Mexaniki enerjinin saxlanması qanununun qapalı sistemlər üçün tətbiqi, konservativ və qeyri-konservativ qüvvələrin rolu elmi-metodiki ardıcıllıqla lövhədə düsturlar və qrafiklər vasitəsilə izah edildi.

  Elastiki və qeyri-elastiki toqquşmaların əsas xüsusiyyətləri, impulsun saxlanması qanununun bu proseslərə tətbiqi geniş şəkildə təhlil olundu. Tələbələrə müxtəlif toqquşma modelləri nümayiş etdirildi.

Dərs zamanı müəllim tərəfindən tətbiq edilən interaktiv sual-cavab metodundan istifadə olunaraq tələbələrin mövzunu necə qavradıqları yoxlanıldı.Tələbələr tərəfindən verilən suallar ətraflı cavablandırıldı, çətin anlaşılan məqamlar    (məsələn, mütləq qeyri-elastiki toqquşma zamanı enerjinin istiliyə çevrilməsi) əlavə izahatlarla möhkəmləndirildi.

Dərsin gedişatı kafedra əməkdaşları tərəfindən mövcud meyarlar əsasında qiymətləndirildi.

Tələbələrin fəallığı və verilən suallara operativ cavab verməsi onların dərsi dərindən qavradığını göstərdi.Dos. Niyazi Quliyevin səlis nitqi, fiziki qanunauyğunluqları məntiqli ardıcıllıqla çatdırması və auditoriya ilə qurduğu pedaqoji ünsiyyət yüksək qiymətləndirildi.

Dərsin sonunda kafedra müdiri dos. Yəhya Namazov və digər iştirakçı müəllimlər — dos. Vaqif .Rüstəmov, dos. Mətanət Tağıyeva, dos. (attestatsız) Samirə Rüstəmova, dos. (attestatsız) Aysel Həmzəyeva, baş müəllim İlhamə Mövsümova və baş müəllim Rəşad Abbasov dərsin gedişini müzakirə etdilər. Müzakirə zamanı açıq dərsin metodiki cəhətdən düzgün qurulduğu, müasir tələblərə cavab verdiyi vurğulandı və müsbət qiymətləndirildi.