


14 oktyabr 2026-cı il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Cahangirova Lalə Vladimir qızının II kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Azərbaycan incəsənəti” fənnindən “XVII- XVIII əsrlərdə Azərbaycan memarlığı” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dosent Elxan İsmayılov., Keyfiyyətin təminatı Mərkəzi – nümayəndəsi Şirinova Leyla Mahir qızı, Təsviri incəsənət kafedrasının müdiri, dosent Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən baş müəllim Esmira Verdiyeva., baş müəllim Emilya Həsənova., müəllim Aybəniz Məmmədova., ., müəllim Ayşə Məmmədova., müəllim Anna Səfərova., müəllim Nəzrin Ağayeva iştirak edirdilər.
Açıq dərsə hazırlıq normal idi. Müasir dərsə verilən tələblər demək olar ki, tamamilə ödənildi. Tədris prosesində müəllim həm elektron, həm kağız formasında əyani vəsait nümunələrindən geniş istifadə edərək, lazım olan nəticələri əldə etdi. Demək olar ki, müəllimin tələbələrə qarşılıqlı ünsiyyəti yaxşı idi.
Yekun olaraq müəllimin keçdiyi acıq dərs yüksək qiymətlə qənaətbəxş hesab edildi.