
16 oktyabr 2026-cı il tarixdə saat 12:00-da Gəncə Dövlət Universitetinin Fizika kafedrasının növbəti iclası baş tutmuşdur. Kafedra müdiri, dosent Y.B.Namazovun sədrliyi və professor-müəllim heyətinin iştirakı ilə keçirilən iclasda kafedranın tədris, elmi və təşkilati fəaliyyətinə dair mühüm məsələlər müzakirə edilmişdir.
İclasda elmi metodik seminarların qrafiki və yeni tədris ili üçün magistr dissertasiyalarının mövzuları nəzərdən keçirilərək təsdiq olunmuşdur. Eyni zamanda, tələbələrin Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat işlərinə cəlb edilməsi, tədris laboratoriyalarında işlərin gedişatı və kafedra əməkdaşlarının elmi hesabatları ətraflı təhlil edilmişdir.
Universitetin təkrar institusional akkreditasiya qiymətləndirilməsi üzrə Akkreditasiya Komissiyasının tövsiyələri də iclasın əsas müzakirə mövzularından biri olmuşdur. Kafedra əməkdaşları gündəlikdəki məsələlər ətrafında çıxışlar edərək təkliflərini irəli sürmüş və tədris proqramlarının müasir standartlara uyğunlaşdırılması istiqamətində görüləcək işləri diqqətə çatdırmışlar.
İclas müzakirə olunan məsələlər barədə müvafiq qərarların qəbul edilməsi ilə yekunlaşmışdır.