
Fizika və texniki fənnlər fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Gənc tədqiqatçılar : bir sual, bir ideya, bir kəşf” adlı maarifləndirici təlim keçirilib.
Təlim zamanı iştirakçılara Tələbə Elmi Cəmiyyətinin əsas fəaliyyət istiqamətləri, elmi araşdırmaların aparılması və akademik fəaliyyətin təşkili haqqında ətraflı məlumat verilib. Eyni zamanda, məqalə, tezis və digər elmi iş növlərinin mahiyyəti, onların hazırlanma qaydaları, elmi mənbələrdən düzgün istifadə və tədqiqat nəticələrinin təqdim olunması məsələləri izah edilib. İnteraktiv formatda keçirilən görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, onların elmi fəaliyyətlə bağlı fikir və mülahizələri dinlənilib. Bu cür görüşlərin gənclərin elmi potensialının üzə çıxarılması və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Təlimin sonunda tələbələr Tələbə Elmi Cəmiyyətinə üzv olmaq və cəmiyyətin elmi fəaliyyətində iştirak etmək məqsədilə müraciətlər ediblər. Bu maraq fakültədə elmi mühitin inkişaf etdirilməsi və yeni qəbul olunmuş tələbələrin tədqiqat fəaliyyətinə cəlb olunması baxımından müsbət addım kimi qiymətləndirilib.