


30 oktyabr 2026-cı il tarixdə “Praktik xarici dillər” kafedrasının müəllimi Günay İsmayılovanın “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə “İngilis dili” fənnindən “Unit 5 – Travel; 5.3 “You Can’t Miss It” (təkrar), 5.4 “Full Circle” və 5.5 “Lookback”” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavinləri dos. Elxan İsmayılov., dos. Mətanət Tağıyeva., “Praktik xarici dillər” kafedrasının baş müəllimi Yeganə Salahova iştirak edirdilər.
Dərs müəllimin tələbələrlə salamlaşması, davamiyyətin yoxlanılması və mövzuya girişlə başladı. “Do you like travelling?” və “Where would you like to go?” sualları ətrafında aparılan müzakirədə Balakişiyev Kənan Samir və Səfərova Sibel Zakir dolğun və əsaslandırılmış cavabları ilə fəallıq göstərdilər.
Əvvəlki mövzu olan 5.3 “You Can’t Miss It” bölməsinin təkrarı zamanı PowerPoint təqdimatı vasitəsilə şəhər xəritəsi nümayiş etdirildi, istiqamət soruşmaq və göstərməklə bağlı əsas ifadələr yada salındı. Məmmədova Mərvə Vüqar və Tağıyeva Məlahət Asəf, həmçinin İmanova Aydan Rabil və Ağabalayev Namiq Natiq turist və yerli sakin rollarında dialoqlar təqdim edərək öyrəndikləri ifadələri praktik şəkildə tətbiq etdilər.
Yekunda “What did you learn today?” sualı əsasında ümumiləşdirmə aparıldı, qısa speaking məşqi vasitəsilə tələbələr öyrəndiklərini şifahi nitqdə tətbiq etdilər. Müəllim əsas ifadələri təkrar xatırlatdı, tələbələrin fəallığını qiymətləndirdi və ev tapşırığını izah etdi. Dərs qarşılıqlı təşəkkür və sağollaşma ilə başa çatdı.
Dərsin məqsədi tələbələrin ingilis dilində istiqamət soruşmaq və göstərmək, səyahət haqqında fikir mübadiləsi aparmaq, dinləyib-anlama və şifahi ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eləcə də Unit 5 üzrə bilikləri möhkəmləndirmək olmuşdur.
Açıq dərsin məqsədyönlü və yüksək səviyyədə təşkil edildiyi qeyd olundu. Dərs boyu tələbələrin fəal iştirakı təmin edildi, nəzərdə tutulan tapşırıqlar ardıcıllıqla yerinə yetirildi, dinləyib-anlama və şifahi nitq bacarıqlarının inkişafına xüsusi diqqət yetirildi. Müxtəlif interaktiv üsulların tətbiqi dərsin məqsədinə nail olunmasına şərait yaratdı.
Dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “əla” qiymətləndirildi.