


04 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının dosenti Hüseynov Rasim Köçəri oğlu tərəfindən Fizika müəllimliyi ixtisası üzrə IV kurs tələbələrinə “Fizikanın inkişaf tarixi” fənnindən “Elektrik və maqnetizm haqqında ilkin təsəvvürlər. Orta əsrlərdə maqnit hadisələrinin araşdırılmasının ilkin uğurları. Leyden bankasının kəşfi” mövzusunda açıq dərs keçirilmişdir.
A,;q d’rsd’
Açıq dərs Gəncə Dövlət Universitetinin “Açıq dərslərin təşkili, keçirilməsi, müşahidəsi, müzakirəsi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq təşkil edilmişdir. Dərsdə universitetin Tədris departamentinin, Fizika və texniki fənlər fakültəsinin rəhbərliyi, Fizika kafedrasının müəllimləri, Keyfiyyətin Təminatı Mərkəzinin nümayəndələri və tələbələr iştirak etmişlər.
Mühazirə zamanı dosent Rasim Hüseynov elektrik və maqnetizm haqqında təlimin formalaşma mərhələləri, Orta əsrlərdə maqnit hadisələrinin öyrənilməsi istiqamətində əldə olunan ilkin elmi nəticələr, eləcə də ilk elektrotexniki qurğulardan biri hesab edilən Leyden bankasının kəşfi və onun fizika elminin inkişafındakı tarixi rolu barədə ətraflı məlumat vermişdir. Dərsdə mövzu üzrə fundamental anlayışlar və elmi-tarixi prinsiplər məntiqi ardıcıllıqla tələbələrə çatdırılmış, əyani vəsaitlərdən və texniki vasitələrdən effektiv istifadə olunmuşdur.
Açıq dərsin müşahidəsi və qiymətləndirilməsi Qaydaların 4-cü bölməsinə uyğun olaraq xüsusi komissiya tərəfindən aparılmışdır. Komissiya tərkibinə daxil olan üzvlər:
- Prof. Quliyev Muğan Salman oğlu – Dekan
- Dosent Namazov Yəhya Binnət oğlu – Kafedra müdiri
- Dosent Quliyev Niyazi İslam oğlu
- B/m., p.f.d. Rüstəmova Samirə Kamandir qızı
Komissiya üzvləri tərəfindən Əlavə 1-də nəzərdə tutulmuş müşahidə və qiymətləndirmə formaları doldurulmuş, dərs 10 meyar üzrə 100 ballıq sistemlə qiymətləndirilmişdir.
Qiymətləndirmə nəticəsində dərsin məqsəd və təlim nəticələrinin tam reallaşdırıldığı, elmi-pedaqoji səviyyəsinin yüksək olduğu, mövzunun əhatəli izah edildiyi və dərsin strukturu ilə vaxt bölgüsünə dəqiqliklə riayət olunduğu müəyyən edilmişdir. Komissiyanın yekun rəyinə əsasən dosent Rasim Hüseynovun açıq dərsi “yaxşı” qiymətləndirilmişdir.
Açıq dərsdən sonra Qaydaların 5-ci bölməsinə uyğun olaraq kafedra səviyyəsində geniş müzakirə keçirilmişdir. Müzakirədə müəllimin dərsə hazırlığı, mövzunun tədrisi zamanı nümayiş etdirdiyi peşəkarlıq, kommunikasiya bacarıqları və pedaqoji ustalığı yüksək qiymətləndirilmiş, konstruktiv fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, Gəncə Dövlət Universitetində açıq dərslər daxili keyfiyyət təminatı sisteminin mühüm tərkib hissəsi olmaqla müəllimlərin pedaqoji və metodiki fəaliyyətinin qiymətləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması, innovativ və tələbəyönümlü təlim metodlarının təşviqi və təlim keyfiyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir.