Gəncə Dövlət Universitetində şəhid baş leytenant Elşən Abdullayevin xatirəsi anılıb, abidəsi önünə əklil qoyulub

5 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin   Fizika kafedrasının əməkdaşları universitetin məzunu, həmin kafedranın baş müəllimi Sabir Abdullayevin oğlu, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, qəhrəman şəhidimiz Abdullayev Elşən Sabir oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Anım tədbiri çərçivəsində kafedra əməkdaşları universitetin həyətində şəhidimizin ucaldılmış abidəsini ziyarət edərək önünə əklil qoyub və ruhuna dualar oxuyublar. Çıxış edənlər Xüsusi Təyinatlıların baş leytenantı Elşən Abdullayevin keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi şücaətlərdən və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən fədakar bir vətən oğlu olmasından qürurla bəhs ediblər. Şəhi Atası  Sabir müəllimə və ailəsinə bir daha başsağlığı ifadə olunaraq, dövlət tərəfindən yüksək medallarla təltif olunmuş qəhrəmanımızın əziz xatirəsinin GDU kollektivinin və Fizika kafedrasının qəlbində hər zaman ən uca zirvədə yaşayacağı vurğulanıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!