“Astronomiya” fənnindən “Yerin hərəkəti. Yer haqqında qısa məlumat. Yer oxunun presesiyası və nutasiyası. Süni peyklərin buraxılması. Təsir sferi. Süni peykin elliptik orbiti. Sarsıntılar” mövzusunda açıq dərs keçirilib

Gəncə Dövlət Universitetinin Fizika kafedrasında “Astronomiya” fənnindən açıq mühazirə dərsi keçirilib

Gəncə Dövlət Universiteti PHŞ-də tədrisin keyfiyyətinin yüksəldilməsi, innovativ və tələbəyönümlü təlim metodlarının tətbiqinin genişləndirilməsi, eləcə də professor-müəllim heyətinin qabaqcıl pedaqoji təcrübəsinin paylaşılması məqsədilə təsdiq edilmiş qrafikə uyğun olaraq açıq dərslərin keçirilməsi davam etdirilir.

26 noyabr 2026-cı il tarixində Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının f.f.d., baş müəllimi İmanova Sevinc Ramazan qızı tərəfindən Fizika müəllimliyi ixtisasının IV kurs tələbələrinə “Astronomiya” fənnindən “Yerin hərəkəti. Yer haqqında qısa məlumat. Yer oxunun presesiyası və nutasiyası. Süni peyklərin buraxılması. Təsir sferi. Süni peykin elliptik orbiti. Sarsıntılar” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir.

Mühazirə zamanı Yerin öz oxu və Günəş ətrafında hərəkətinin əsas qanunauyğunluqları, Yer oxunun presesiya və nutasiya hadisələrinin fiziki mahiyyəti, süni peyklərin orbitə çıxarılması şərtləri, təsir sferi anlayışı, elliptik orbit parametrləri və orbital sarsıntılar müasir elmi-metodik yanaşmalar və əyani sxemlər əsasında tələbələrə izah olunmuşdur. Dərs prosesində tələbələrin fəal iştirakı təmin edilmiş, mövzu ətrafında müzakirələr və sual-cavab aparılmışdır.

Açıq dərsdə komissiya sədri – Fizika kafedrasının müdiri dos. Y.B.Namazov və komissiya üzvləri – fakültə dekanı prof. M.S.Quliyev, dos. N.İ.Quliyev, dos. (attestatsız) S.K.Rüstəmova və b/m. S.X.Musayev, eləcə də kafedranın digər professor-müəllim heyəti iştirak etmişdir. Dərsdən sonra keçirilən müzakirədə mühazirənin yüksək elmi-metodik səviyyəsi qeyd olunmuş, vaxt bölgüsü, İKT resurslarının tətbiqi və refleksiya mərhələsinin daha da təkmilləşdirilməsi ilə bağlı konstruktiv tövsiyələr verilmişdir. Komissiya üzvlərinin yekun rəyinə əsasən açıq dərs 94 balla (“Əla”) qiymətləndirilmişdir.