DOS. NİYAZİ QULİYEVİN NAİLİYYƏTİ

 

29 yanvar 2016 – cı il tarixdə Gəncə Dövlət Universitetinin Fizika kafedrasının  Bayramov Ruslan Akif oğlunun 2211.01. – Bərk cisimlər fizikası ixtisası üzrə, fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi  “İn2Se3  yarımkeçirici birləşməsi ilə dispersləşdirilmiş polimer kompozitlərin elektrik və optik xassələri” mövzusunda dissertasiyanın ilkin müzakirəsi keçirilmişdir.

Müzakirədə Fizika kafedrasının müdiri dos.N.Quliyev kafedranın professor  –  müəllim   heyəti  üzvlərindən 13 nəfəri və Fizika və texniki fənlər fakültəsinin dekanı dos.İ.Qasımov, dekan müavini dos.Y.Namazov, Ümumi Fizika kafedrasının müdiri dos.Z.Zeynalov, dos.V.Rüstəmov, dos.E.İsmayılov, b\m.S.Musayev, ÜTF və texnologiya  kafedrasinin  müdiridos.M.Nağıyev, dos.G.Əhədova iştirak etmişlər. Müzakirə yüksək səviyyədə keçmiş, iddiaçı verilən bütün suallara hərtərəfli və dolğun cavab vermişdir. İclasda dissertasiya işinin açıq müdafiəyə təqdim olunması məqsədəuyğun hesab edilmiş və müvafiq qərar qəbul olunmuşdur.