Gəncə Dövlət Universitetinin Fizika kafedrasının baş müəllimi Sabir Abdullayevin, III kurs Fizika müəllimliyi ixtisasında “Yarımkeçiricilər fizikası” fənnindən “Kristal maddələrin elektrik keçiriciliyinin zona nəzəriyyəsi. Yarımkeçiricilərin məxsusi və aşqar keçiriciliyi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.Quliyev, Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos.Y.Namazov, Fakültə Metodşurasının sədri prof. E.Mövsümov, GDU rektorluğunun nümayəndəsi dos.T.Ələkbərov və kafedranın 8 nəfər professor – müəllim heyəti üzvləri iştirak etmişlər.
Açıq dərs Sabir Abdullayevin yüksək biliyi və pedaqoji təcrübəsi sayəsində yüksək səviyyədə keçmişdir. Açıq dərsdən sonra tələbələrin iştirakı ilə Fizika kafedrasında müzakirə keçirilmiş və açıq dərs “əla” qiymətləndirilmişdir.