9 oktyabr 2017 – ci il tarixdə b/müəl. Afət Həmid qızı Əliyevanın  açıq dərsi keçirildi.

[metaslider id=2618]

09 oktyabr 2017- ci il tarixdə Gəncə Dövlət Universitetinin ÜTF və texnologiya kafedrasının baş müəllimiƏliyeva Afət Həmid qızının  III kurs Texnologiya müəllimliyi ixtisasında “Tikiş texnologiyasının praktikumu” fənnindən “Dekorativ tətbiqi incəsənət, muncuq ilə bədii tikmələr” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə kafedra müdiri, dos.E.M.Cavadov, Universitet rektorluğunun nümayəndəsi,  dos.C.H.İbrahimov kafedranın professor – müəllim heyəti üzvlərindən 7 nəfəri, tədr/ustası A.Hüseynzadə, tədr/ust.U.Xəlilova., tədr/ust. X.Əkrəfi, lab. Q.Ələkbərova, lab.Ə.İsgəndərova iştirak etmişlər.

B/müəllim A.H.Əliyeva dərsdə tələbələrə muncuq ilə tikməni, rəngin bir – birinə uyğun gəlməsini, hansı sapdan tikilməsini, trafaretin çəkilməsini və kərkəfdən istifadə qaydalarını izah etmişdir.

Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə keçirilmiş  və açıq dərs  “əla” qiymətləndirilmişdir.