12 aprel 2016 – cı ildə B/M. Kamal Məmmədovun AÇIQ DƏRSİ keçirildi.

DSC_2014

12.IV.2016 – cı il tarixində ÜTF və texnologiya kafedrasının baş müəllimi Kamal Rəsul oğlu Məmmədovun   Təsviri İncəsənət ixtisasının II kurs  2 (2) qrupunda Rəsmxət  fənnindən  açıq dərsi keçirildi.

Açıq dərsdə kafedra müdiri dos.M.T.Nağıyev, kafedranın professor – müəllim heyəti –  dosent M.Q.Yusifov,  b/m- Əliyeva A., Psixologiya kafedrasının dosenti Tahir Ələkbərov və  dosent C.İbrahimov iştirak etmişlər.

İlk növbədə müəllim keçmiş mövzu haqqında sorğu sual apararaq Kəsik  nədir?  Kəsik nə üçün verilir?  Neçə növ kəsiklər var? Kəsiklər necə təsvir olunur? və s. tələbələrdən cavab aldıqdan sonra,   yeni mövzunun izahına keçid etdi. Mövzu ilə bağlı əyani vəsaitlər: detallardan, plakatdan, mövzuya aid slaytdan istifadə edərək: kəsimlər neçə yerə bölünür, sadə və mürəkkəb kəsimlər nəyə deyilir, bu kəsimlərin özləri isə öz növbəsində neçə cür olurlar, ardıcıl qaydada kəsimlərin verilməsi, işarə olunması qaydaları haqqında geniş məlumat verdi.

Mövzunun izahından sonra sərbəst iş müddətində tələbələrin kəsimlər mövzusunu yerinə yetirmələri üçün hər bir tələbəyə detallar verərək masalar arası gəzərək tələbələrin işin yerinə yetirmə prosesinə nəzarət etdi.

Sonra dərsi yekunlaşdırmaq məqsədilə, yeni mövzu ətrafında sorğu apardı.

Açıq dərs tələbələr  və müəllim heyəti tərəfindən “əla” qiymətləndirildi.