14 aprel 2016 – cı il tarixdə GDU – nun Fizika kafedrasının müəllimi Rəşad Akif oğlu Abbasovun IV kurs Fizika müəllimliyi ixtisasında “Nanotexnologiyaların əsasları” fənnindən “Nanohissəciklərin kimyəvi fizikası və alınması üsulları” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı dos.İ.İ.Qasımov, fakültə metodiki şürasının sədri prof. E.H.Mövsümov, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev və kafedranın 10 nəfər professor – müəllim heyəti üzvləri iştirak edirdilər.
Müəllim R.A.Abbasob tələbələri əvvəl aldıqları biliklər əsasında yoxlama suallarına cəlb etdikdən sonra, əyani vəsaitlərdən istifadə etməklə mövzunu hər tərəfli şəkildə izah etdi. O, açıq dərsin gedişində tələbələri maraqlandıran suallara yüksək səviyyədə cavab verirdi.
Açıq dərsdən sonra tələbələrin iştirakı ilə açıq dərs “yaxşı” qiymətləndirildi.