08.XII.2021- ci il tarixdə dos.Namazov Yəhya Binnət oğlunun açıq dərsi keçirildi
08 dekabr 2021-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində II kurs “Fizika müəllimliyi” ixtisasının II(1) qrupunda Fizika kafedrasınındosenti Namazov Yəhya Binnət oğlunun “Elektrik və maqnetizm” fənnindən “Bio – Savar –Laplas qanunu və onun tətbiqləri. Vakuumda tam cərəyan qanunu” mövzusunda açıq seminar dərsi keçirildi.
Açıq dərsdə Fizika kafedrasının müdiri dos. N.İ. Qu-liyev, Fakültə Tədris Metodiki Şurasının sədri dos. M.C. Tağıyeva., b/m. E.M.Məmmədov., b/m.S.X.Musayev., müəl. R.A. Abbasov., müəl.A.İ.Kazımova., müəl.T.T.Tahirova., müəl.İ.A.Seyidova iştirak edirdilər.
Açıq dərsin başlanğıcında dos.Y.B.Namazov tələbələrə mövzu barədə ətraflı məlumtat Verdi və onları seminarın mövzu planı ilə tanış etdi. Daha sonra ətrafında tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almaqla, onlarla kommunikativ əlaqələr quraraq sorğu – sual apardı. Mövzu üzrə sorğu – sual apararkən dos.Y.B.Namazov tələbələrin təfəkkürünü ikişaf etdirmək məqsəsilə hər bir suala müxtəlif tərəflərdən yanaşaraq yüksək pedaqoji etika və bacarıq nümayiş etdirdi. Mövzunun izahı zamanı ənənəvi və fəal təlim metodlarından istifadə edirdi. Sorğu – sual bitdikdən sonra mövzuya aid məsələ həllinə başladı və tələbələri məsələ həllinə cəlb etdi və onların biliyini qiymətləndirdi.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və dos.Y.B.Namazovun açıq dərsi 35 balla “əla” qiymətləndirildi.