01 aprel 2022-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində III kurs 31 qrupunda fizika müəllimliyi ixtisasında Fizika kafedrasının baş müəllimi Musayev Seyfəddin Xəlil oğlunun “Məktəb fizika kursunda məsələ həlli praktikumu” fənnindən “Molekulyar kinetik nəzəriyyə fəslinə aid məsələlər həlli” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., kafedranın professor – müəllim heyəti üzvlərindən dos.E.X.İsmayılov.,., dos.M.C.Tağıyeva., dos.R.K.Hüseynov., baş müəllimlər: İ.M.Mövsümova., E.M.Məmmədov., S.R.İmanova., müəl.T.T.Tahirova., müəl.X.Ə.Xavəri., müəl. A.C.Məmmədzadə iştirak edirdilər.
B/m. Musayev S.X. dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən qonaqları və professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. Bu zaman tələbələri aktiv şəkildə mövzunun izahına cəlb edirdi. Tələbələrin mövzuya aid suallarını yerində cavablandırdı. Daha sonra tələbələrlə birlikdə mövzuya aid məsələlərin həll olunmasını təşkil etdi.
Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 34 balla “əla” qiymətləndirildi.