21 aprel 2016 – cı ildə baş müəllim Təranə Verdiyevanın AÇIQ DƏRSİ keçirildi.

 

21.04.2016 – cı il tarixində ÜTF və texnologiya kafedrasının baş müəllimi Təranə Zakir qızı Verdiyevanın  “Təsviri İncəsənət müəllimliyi” ixtisasının II2 qrupunda  “Rəsmxət və onun tədrisi” fənnindən  açıq dərsi keçirildi.

Dərsin mövzusu “Detalın eskizi və onun ardıcıllıqla yerinə yetirilməsi” idi.

Açıq dərsdə kafedra müdiri dos.M.T.Nağıyev, kafedranın professor – müəllim heyəti –  dosent R.Həsənov., dos.M.Yusifov., b/müəl.S.Tağıyeva., b/müəl.K.Məmmədov,   Psixologiya kafedrasının dosenti Cəfər İbrahimov iştirak etdilər.

Müəllimə ilk növbədə dərsin davamiyyətini yoxlayıb, sinif jurnalında müvafiq qeydiyyat apardı. Keçmiş mövzulara aid  tələbələrə Görünüş nədir? Kəsik və kəsimlər arasında  fərq nə ilə izah olunur? Texniki rəsm necə çəkilir? və başqa suallar verərək yeni mövzuya keçdi.

Mövzuya aid plakat və slaytdan istifadə edərək  eskizin yerinə yetirilmə məsələlərini tələbələrə geniş məlumat verdi.

Sonra yeni mövzuya aid sual – cavab apardı.

Açıq dərs tələbələr  və müəllim heyəti tərəfindən “yaxşı” qiymətləndirildi