26 aprel 2022 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/m. t.f.d.Verdiyeva Təranə Zahid qızının II kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Perspektiva” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Çevrənin və həndəsi cisimlərin perspektivinin qurulması” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.M.C.Tağıyeva., ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın professor–müəllim heyəti üzvlərindən: dos.G.R.Əhədova., b/m-M.Ş.Sadıxova., kabinə müdiri- Ə.Qurbanova., tədris ustası X.Əkrəfi iştirak edirdilər.
B/m.Verdiyev T.Z. öz pedaqoji ustalığından istifadə edərək, dərsi tələbələrə tam çatdıra bildi. Slaydlarla mövzunu hərtərəfli şəkildə tələbələrə göstərdi.
B/müəl.T.Z.Verdiyeva açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə tam aktuallığı ilə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs “yaxşı” qiymətləndirildi.