Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əlyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işi mühüm məsələlərdən biri sayılır.
5 may 2022 – ci il tarixində Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin professor – müəllim heyəti və tələbələrin iştirakı ilə “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və tədbir iştirakçıları tərəfindən oxunması ilə başlandı.
Sonra GDU –nun Humanitar Məsələlər üzrə prorektoru dos.Gülsüm xanım Fətəliyeva çıxış etdi. O, Ulu öndər Heydər Əliyevin keçdiyi uzun və şərəfli həyat yolu, siyasi fəaliyyəti haqqında məzmunlu çıxış etdi. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qurucusudur. O, xalqımızı səfərbər edərək bu dövləti qurmuş, onun müstəqillliyini daimi əbədi və dönməz olması üçün lazım olan bütün işləri həyata keçirmişdir. 2003 –cü ildən başlayaraq Ulu öndərin bu işini onun siyasi irsinin davamçısı möhtərəm prezidentimiz İlham Əliyev ləyaqətlə davam etdirir.
Çıxışdan sonra fakültə tələbələri hazırladıqları çıxışları təqdim etdilər.