ANIM GÜNÜ

Anım günü

2022-ci il Sentyabrın 27-i  səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Gəncə şəhərində də anım mərasimi keçirilmiş, Vətən uğrunda canlarını fəda etmiş  şəhidlərimizin xatirəsi qürurla anılmışdır.

Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev və professor müəllim heyəti, bir qrup tələbələrimiz olmaqla Şəhidlərin məzarı önünə gül dəstələri qoyulmuş, şəhidlərimizin əziz xatirəsi böyük hörmətlə yad edilmişdir.

Birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin valideynlərinin qarşısında baş əyir və şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları şad olsun!