17 oktyabr 2022-ci il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin III kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının dosenti Qasımov İldırım İbrahim oğlunun “Tətbiqi fizika” fənnindən “Metal və yarımkeçiricilərin elektrik keçiriciliyinin xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU-nun açıq dərslərə nəzarət komissiyasının üzvü dos.Y.B.Namazov., dekan müavini dos.M.C.Tağıyeva., b/m.S.X.Musayev., b/m.E.M.Məmmədov., müəllimlər: T.T.Tahirova., İ.A.Seyidova., A.C.Məmmədzadə iştirak edirdilər.
Dos.İ.İ.Qasımov açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladıqdan sonra mövzunun izahına keçdi. Mövzunun izahı zamanı tələbələrlə konstruktiv əlaqələr qurur, tələbələrə suallar verdikcə onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Mövzunun izahı zamanı dos.İ.İ.Qasımov metal və yarımkeçiricilərin elektrik keçiriciliyinin xüsusiyyətlərini hərtərəfli izah etdi və onların konkret tətbiq sahələrindən danışdı.
Dos.İ.İ.Qasımovun dərsə aid bütün sənədləri, o cümlədən fənn proqramı, sillabusu, mühazirə mətni qaydasında idi.
Açıq dərsdən sonra müzakirə keçirildi və açıq dərs 30 (otuz) balla “əla” qiymətləndirildi.