25 oktyabr 2022-ci il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin IV kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının baş müəllimi p.f.d. Rüstəmova Samirə Kamandir qızının “Fizikanın tədrisində qarşıya çıxan problemlər” fənnindən “ Elmilik və fəlsəfi dünyagörüş, elmdə və təcrübədə nəzəriyyə ilə praktikanın əlaqəsi. Fizika təlimində inteqrativlik prinsipi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika fakültəsinin dekanı, prof.M.S.Quliyev., GDU rektorunun nümayəndəsi dos.T.Məmmədov., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., dekan müavini dos.M.C.Tağıyeva., dos.Y.B.Namazov., dos.S.P.İsgəndərova., müəl.İ.A.Seyidova iştirak edirdilər.
B/m,p.f.d. S.K.Rüstəmova kompyuter texnikasından istifadə etməklə tələbələrlə konstruktiv və kommunikativ əlaqələr quraraq mövzunu hərtərəfli izah etdi.
Açıq dərsin sonunda müzakirə keçirildi və açıq dərs 27 balla “əla” qiymətləndirildi.