06.XII. 2022-ci il tarixdə IV(2) kurs “Fizika müəllimliyi”ixtisasında b/m.İ.M.Mövsümovanın “Fiziki elektronikanın əsasları” fənnindən  “Optik elektronikanın fiziki əsasları” mövzusunda açıq dərsi keçirildi.

06 dekabr 2022-ci il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin IV2 kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının baş müəllimi Mövsümova İlhamə Möhkəm qızının     “Fiziki elektronikanın əsasları” fənnindən  “Optik elektronikanın fiziki əsasları” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə   Fakültə dekanının tədris məsələlər üzrə  müavini dos.E.X.İsmayılov., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev.,  dos.S.P.İsgəndərova., müəl.İA.C.Məmmədzadə iştirak edirdilər.

b/m.İ.M.Mövsümova  açıq dərsə aid sənədlərini yüksək səviyyədə hazırlanmış fənn proqramları (qrifli), sillabus (yeni formada), mühazirə mətni və jurnalı komissiya üzvlərinə təqdim etdikdən sonra  müasir  video görüntülərdən, kompyuter texnikasından  əyani vasitələrdən istifadə etməklə mövzunu izah etdi. Mühazirənin gedişində əvvəlki mühazirə ilə yeni mühazirə arasında əlaqə yaratmaq məqsədilə tələbələrlə kommunikativ və konstruktiv əlaqələr quraraq onları mövzunun izahına cəlb  edirdi. Bu zaman  tələbələrə verdiyi suallarda onların fərdi psixoloji xüsusiyyətlərini nəzərə alırdı.  Dərsə ayrılan vaxtda mövzunun tədrisi tam başa çatdı.

Açıq dərsdən sonra  tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 30 balla “əla” qiymətləndirildi.