Fəxri fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə Yusif Əmiralı oğlu Yusibov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2017-ci il.

yusif

Möhtərəm prezidentimiz İlham Əliyevin 27 noyabr 2017 –ci il tarixli Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru hörmətli Yusif Əmralı oğlu Yusibov  Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”  ilə təltif edilmişdir. Bu yüksək qiymət təkcə hörmətli rektorumuza verilən qiymət deyildir. Həm də ümumilikdə Gəncə Dövlət Universitetinin və onun bütün kollektivinin fəaliyyətinə verilən qiymətdir. Bu yüksək mükafat üçün möhtərəm prezidentimiz  İlham Əliyev cənablarına fakültəmizin bütün professor – müəllim və tələbə kollektivi adından dərin minnətdarlığımızı bildiririk.

Bu yüksək mükafat münasibəti ilə hörmətli rektorumuz, professor Y.Ə.Yusibovu Fizika və texniki fənlər fakültəsinin dekanı, professor M.İ.Quliyev və fakültənin professor – müəllim heyəti ürəkdən  təbrik edir, ona can sağlığı,  bundan sonrakı fəaliyyətində də uğurlar arzulayır.