28.XI.2017- ci iltarixdə st.müəllim  Ruqiyyə Akif qızı Tağıyevanın açıq dərsi keçirildi.

28 noyabr 2017 – ci il tarixdə Təsviri İncəsənət kafedrasının müəllimi Ruqiyyə Akif qızı Tağıyevanın Təsviri incəsənət müəllimliyi ixtisası üzrə I kurs tələbələri ilə “Rəsm” fənnində “Gips ornament, iki əşya və pərdədən ibarət natürmort rəsmi” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU-nun rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., Təsviri incəsənət kafedrasının müdiri, dos.M.M.Məmmədov, Təsviri incəsənət kafedrasının  professor – müəllim heyəti üzvlərindən 5 nəfəri iştirak etdilər.

Stajçı müəllim Tağıyeva Ruqiyyə təcrübəsinin az olmasına baxmayaraq dərsi müasir tələbələr səviyyəsində apardı. Dərs zamanı müasir texnologiyanın imkanlarından vaxtında və yerində istifadə etdi. Dərsdə tələbələr fəal iştirak etdi.

Açıq dərs tələbə və müəllim heyəti tərəfindən yaxşı qiymətləndirildi.