01.XII.2017- ci il tarixdə b/müəllim Verdiyeva Təranə Zahid qızının açıq dərsi keçirildi

 

01 dekabr  2017 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının  baş müəllimi Verdiyeva Təranə Zahid qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  III kurs tələbələri ilə “İnşaat və topoqrafik çertyojlar” fənnindən “Sanitariya  texniki quruluşlarda kanalizasiya çertyojları” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, kafedra müdiri  dos.E.M.Cavadov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.İsmayılov., prof.E.H.Mövsümov.,  ÜTF və texnologiya kafedrasının professor– müəllim heyətinin üzvlərindən  dos.R.Həsənov., dos.C.İ.Qarayev., b/müəl.S.A.Tağıyeva., b/müəl.E.C.Hüseynov., b/müəl.M.Ş.Sadıxova.., b/müəl.Məmmədov K.R.., kabinə müdiri A.Məmmədova  iştirak  etdilər.

b/müəl.T.Z.Verdiyeva  ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektorla kurikulum üsulundan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, motivasiyaya uyğun sorğu apararaq, tələbələri bu sorğuya cəlb etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  açıq dərs “əla” qiymətlə qiymətləndirildi.