GƏNCƏ  2017 – MDB – MƏDƏNİYYƏT PAYTAXTI

1 dekabr 2017 – ci il tarixdə Fizika və texniki fənlər fakültəsində “Gəncə – MDB mədəniyyət paytaxtı 2017” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri fakültə dekanlığı və fakültə tələbə təşkilatları ilə birlikdə  keçirdi.

Məlumdur ki, 2016 – cı ilin sentyabrın 16 – da Qırğızıstanın paytaxtı Bişkek  şəhərində keçirilən MDB dövlət başçıları şurasının 25 –ci yubiley toplantısında Gəncə şəhərinin 2017 –ci ildə MDB – mədəniyyət Paytaxtı seçilməsi haqqında qərar verilmişdi. Bu xəbər bütün gəncəlilər tərəfindən  böyük sevinclə qarşılanmışdır.

Gəncə bu gün yalnız Azərbaycanın ikinci böyük şəhəri deyil, həm də çox əsrlik tarixi keçmişi, rəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə respublikada gedən  sürətli inkişafa öz töhfəsini verən ən önəmli  mərkəzlərdən biridir.