30.XI.2017- ci il tarixdə müəllimə Xavəri Xavər Ələmxan qızının açıq dərsi keçirildi

30 noyabr 2017 ci il tarixdə GDU-nun Fizika kafedrasının gənc müəlliməsi Seyidova İradə Adil qızının Biologiya və kimya  fakültəsinin I kurs Kimya müəllimliyi ixtisasında “Fizika” fənnindən “Toplayıcı lüzanın fokus məsafəsinin təyini”, “İşıqlanma qanunlarının yoxlanılması” mövzularında laboratoriya məşğələsindən  açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.İsmayılov., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU rektorunun nümayəndəsi, dos.E.M.Cavadov., və  Fizika kafedrasının kafedrasının professor – müəllim heyəti üzvlərindən  16 nəfəri  iştirak etmişdir.

Müəllimə Xavəri X.Ə.  açıq dərsə tələbələrin yerinə yetirəcəkləri laboratoriya işlərinin nəzəri hissəsi barəsində müasir texniki təlim vasitələrindən istifadə etməklə ətraflı məlumat verdi. Daha sonra tələbələrin işə hazırlıq səviyyəsini yoxladıqdan  sonra tələbələr işə buraxıldılar və onlara təhlükəsizlik texnikasına riayət  etmələri tapşırıldı. Bütün dərsin gedişində müəllimə Xavəri X.Ə. gənc olmasına baxmayaraq müasir təlim üsullarından  məharətlə istifadə etdi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs əla qiymətləndirildi.