09.04.2018- ci il tarixdə Fizika kafedrasının müəllimi Həmzəyeva Aysel Yunis  qızının açıq dərsi keçirildi

09 aprel 2018 –ci il tarxidə GDU –nun Fizika kafedrasının müəllimi Həmzəyeva Aysel Yunis qızının Fizika və texniki fənlər fakültəsinin I kurs “Texnologiya müəllimliyi” ixtisasında Ümumi  fizİka fənnindən  “Linzanın fokus məsafəsinin təyini” mövzusunda laborator məşğələsindən açıq dərsi keçirilmişdir. Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.C.İbrahimov, Fizika kafedrasının müdiri dos.N.Quliyev və kafedranın professor – müəllim heyəti üzvlərindən 15 nəfəri iştirak etmişdir.

Gənc müəllim A.Həmzəyeva, açıq dərsdə iştirak edənləri tələbələrə istifadə etməklə linzalar, onların növləri, xarakteristikaları barədə məlumat verdi, linza düsturunu çıxardı. Daha sonra, tələbələrin laboratoriya işinə hazırlığını yoxladıqdan sonra,  onlara işin gedişini izah etdi və qurğuda necə işləməyi əyani olaraq göstərdi. Gənc olmasına baxmayaraq A.Y.Həmzəyeva. bütün dərsin gedişində pedaqoji ustalıq ilə yüksək bilik nümayiş  etdirdi. Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs 28 balla əla qiymətləndirildi.