AĞAC ƏKMƏ AKSİYASI

5 may 2018 – ci il tarixdə Gəncədə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası  Gəncə şəhər təşkilatı birgə ağacəkmə aksiyası təşkil etmişlər. Aksiya ulu öndər Heydər Əliyevin 95 – ci ildönümünə həsr  edilmişdir. “Hərəyə bir ağac əkək” şüarı ilə  keçirilən aksiyada Heydər Əliyev Park Kompleksinin ərazisində 10 min ağac  əkilmişdir. Ağaclar əkilmiş və həmin anda da suvarılmışdır. Fizika və texniki fənlər fakültəsinin tələbə və müəllim kollektivi GDU –nun tərkibində  ağacəkmə aksiyasında böyük həvəslə  iştirak etmişdir. Fakültəmizdən Fizika müəllimliyi ixtisasının II kurs tələbələri xüsusi ilə fərqlənmişlər