08.05.2018- ci il tarixdə Fizika kafedrasının b/müəllimi  İmanova Sevinc Ramazan  qızının açıq dərsi keçirildi

08 may  2018 –ci il tarxidə  GDU –nun Fizika kafedrasının b/müəllimi İmanova Sevinc Ramazan  qızının III(2) – III(3) kurs “Fizika  müəllimliyi” ixtisasında “Astronomiyanın tədrisi metodikası” fənnindən “Klassik astronomiyanın əsas elementləri. Bürclər. Günəşin günlük hərəkəti. Günəş təqvimi”  mövzusunda  açıq dərsi keçirilmişdir.

Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.C.İbrahimov, Fizika kafedrasının müdiri dos.N.Quliyev və kafedranın professor – müəllim heyəti üzvlərindən 8 nəfəri iştirak etmişdir.

b/müəllim S.R.İmanova  açıq dərsin  məqsədi; iştirak edənlər barədə  tələbələrə məlumat verdikdən sonra, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs 28 balla “əla” qiymətləndirildi.