10.X.2018- ci il tarixdə dos. Namazov Yəhya Binnət oğlunun  açıq dərsi keçirildi

10 oktyabr  2018 – cı il tarixdə “Fizika”  kafedrasının  dosenti Namazov Yəhya Binnət oğlunun “Fizika müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Elektrik və maqnetizm” fənnindən “Dielektriklər. Dielektriklərin növləri. Dielektriklərin polyarlaşması”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof. M.S.Quliyev, Fakültə elmi şurasının sədri, Fizika kafedrasının müdiri, dos.N.Quliyev.,  kafedranın professor – müəllim heyəti üzvlərindən 8 nəfər iştirak edirdilər.

Dos.Y.B.Namazov  açıq dərsin  məqsədi; iştirak edənlər barədə  tələbələrə məlumat verdikdən sonra, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi.

Açıq dərsdən sonra Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyevin, Fakültə tədris–metodiki şuranın sədri dos.N.İ.Quliyevin və tələbələrin iştirakı ilə açıq dərsin müzakirəsi keçirildi.