15.X.2018- ci il tarixdə b/müəllim Hüseynova Gülbəniz Qurban qızının açıq dərsi keçirildi

15 oktyabr  2018 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının  baş müəllimi Hüseynova Gülbəniz Qurban qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Ağac məmulatlarının hazırlanması” fənnindən “Oduncağın fiziki, kimyəvi və mexaniki xassələri”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fakültə elmi şurasının sədri, Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti iştirak edirdilər.

Açıq dərsdən sonra Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyevin, Fakültə tədris–metodiki şuranın sədri dos.N.İ.Quliyevin və tələbələrin iştirakı ilə açıq dərsin müzakirəsi keçirildi.

Açıq dərs qənaətbəxş hesab edildi.