13.XI.2018- ci il tarixdə Fizika kafedrasının növbəti elmi – seminarı keçirildi.

13 noyabr 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin  Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Seminarda Fizika kafedrasının 20 nəfər professor – müəllim heyəti üzvləri, fizika müəllimliyi ixtisasının  IV kurs tələbələri  iştirak edirdilər.

Kafedra müdiri dos.Niyazi Quliyev seminarda  “İnsanın məxsusi  fiziki sahələri” mövzusunda məruzə ilə çıxış etdi.

Dos.N.İ.Quliyev insan orqanizmində mövcud olan elektrik və maqnit sahələri, optik və akustik sahələrdən, insan bədənindən, infraqırmızı, aşağı və yüksək tezlikli şüalanmalardan və bu istiqamətdə aparılan müasir  elmi – tədqiqat işlərindən  alınmış  nəticələrin tibbdə, biologiyada tətbiqlərindən danışdı. Məruzənin sonunda  dos.N.İ.Quliyev, professor – müəllim heyətinin, tələbələrin çoxsaylı suallarını cavablandırdı.

Məruzə ətrafında müzakirələrdə  dos.E.Mövsümov, dos.Y.Namazov.,  dos.S.İsgəndərova,  dos.M.Tağıyeva., b/m.S.İmanova.,  b/m-E.Məmmədov., dos.V.Rüstəmov və başqaları  çıxış etdilər.

Çıxışlardan sonra növbəti elmi seminarın mövzusu  (“Ultrabənövşəyi fəlakət”)  və tarixi (20.XI.2018 –ci il) elan olundu.