13.02.2019- cu il tarixdə Fizika kafedrasında yeni müasir formada növbəti elmi – seminar keçirildi.

13.02.2019- cu  il tarixdə Fizika kafedrasında  yeni müasir formada növbəti elmi – seminar keçirildi.

13 fevral 2019 – cu il tarixdə GDU – nun Fizika  kafedrasında “İnsan və ətraf aləmin fiziki sahələri” mövsuzunda  elmi seminar keçirilmişdir. Elmi seminarda Fizika kafedrasının müdiri N.Quliyev, kafedranın 33 nəfər professor – müəllim heyəti üzvlərindən 25 nəfəri,  “Fizika müəllimliyi” ixtisasının IV kurs tələbələri iştirak edirdilər.

Seminarda  mövzu üzrə Fizika kafedrasının dosenti Səyyarə İsgəndərova çıxış etdi. Dos.S.İsgəndərova insanın və ətraf aləmin  fiziki sahələri, onların mənbələri, müasir həyatımıza müsbət və mənfi təsirləri barədə  kompüter texnikasından, əyani vasitələrdən istifadə etməklə dolğun və məzmunlu çıxış etdi.  İnsanı əhatə edən fiziki sahələrin zərərli təsirindən danışdı və onlardan qorunmaq üçün mövcud olan yolları göstərdi. Məruzə maraqla diunlənildi. Daha sonra mövzu üzrə müzakirə və çıxışlar başladı. Müzakirələrdə dos.N.Quliyev., dos.E.Mövsümov., b/m.F.Hacıyev., dos.S.Əliyev., dos.V.Rüstəmov çıxış etdilər.

Seminarın sonunda kafedra müdiri dos.N.Quliyev maraqlı məruzə üçün dos.S.İsgəndərovaya və müzakirələrdə çıxış etdikləri üçün  seminar iştirakçılarına təşəkkür etdi.

Növbəti  elmi seminarın 26 fevral  2019 – cu il tarixdə keçiriləcəyi elan olundu.