05.03.2019- cu il tarixdə b/müəl. Məmmədov Elçin Misir oğlunun açıq dərsi keçirildi

05.03.2019- cu il tarixdə b/müəl. Məmmədov Elçin Misir oğlunun  açıq dərsi keçirildi

05 mart 2019 – cu il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının baş müəllimi Məmmədov Elçin Misir oğlunun II kurs “Kimya – biologiya müəllimliyi” ixtisasında Fizika fənnindən “Ağırlıq qüvvəsi təcilinin riyazi rəqqas vasitəsilə təyini” mövzusunda  laboratoriya məşğələsi üzrə açıq dərsi  keçirilmişdir.

Açıq dərsdə Fizika kafedrasının müdirinin müavini dos.M.Tağıyeva, GDU rektorunun səlahiyyətli nümayəndəsi dos. E.Cavadov, kafedranın professor – müəllim heyəti üzvlərindən  dos.Y.Namazov., dos.R.Hüseynov., b/müəllimlər S.İmanova,  L.Rzayeva., b/m.p.f.d. S.K.Rüstəmova, müəllimlər A.Həmzəyeva., N.Verdiyeva, R.Abbasov.,  İ.Seyidova., A.Kazımova  iştirak edirdilər.

B/m. E.Məmmədov laboratoriya məşğələsində tələbələrin yerinə yetirəcəyi işlər barədə əyani  vəsaitlərdən istifadə etməklə  ətraflı  məlumat verdi. Daha sonra tələbələrlə kommunikativ  əlaqə quraraq bütün mövzuları əlaqələndirdi.

Açıq dərsin sonunda tələbələrin və müəllimlərin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 22 balla “yaxşı” qiymətləndirildi.