06.03.2019- cu il tarixdə dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun açıq dərsi keçirildi

06.03.2019- cu il tarixdə dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun  açıq dərsi keçirildi

06 mart  2019 – cu il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun III kurs “Fizika müəllimliyi” ixtisasında “Fizika” fənnindən “Karno dövrü” mövzusunda   açıq dərsi  keçirilmişdir.

Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev, GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.İ.İbrahimov, Fakültə dekanının müavini dos.E.İsmayılov., professor – müəllim heyəti üzvlərindən  dos.R.Hüseynov, b/m. p.f.d. S.K.Rüstəmova., b/m. S.Abdullayev., b/m.S.Musayev., müəllimlər A.Həmzəyeva., R.Veysova., Ə.Dəmirova  iştirak  edirdilər.

Dos.R.İmanov əvvəlcə tələbələrlə kommunikativ  əlaqələr  quraraq keçmiş dərsi təkrar etdi və  daha sonra kompüter texnikasından  əlavə əyani vəsaitlərdən  istifadə etməklə yeni dərsi izah etdi. Mövzunun tədrisi zamanı mürəkkəb riyazi aparatlardan məharətlə istifadə etməsi göstərdi ki, dos.R.İmanov   açıq  dərsin öhdəsindən  layiqincə  gəlir.

Açıq dərsin yekununda tələbə və müəllimlərin iştirakı ilə müzakirə  keçirildi  və açıq dərs  32 balla “əla” qiymətləndirildi.