29.04.2019- cu il tarixdə b/müəl. Məhərrəmov Əbülfət Paşa oğlunun açıq dərsi keçirildi

 

29.04.2019- cu il tarixdə b/müəl. Məhərrəmov Əbülfət Paşa  oğlunun  açıq dərsi keçirildi

29 aprel   2019 –cu il tarixdə “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Məhərrəmov Əbülfət Paşa oğlunun  “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Boyakarlıq” fənnindən “Naturadan heyvanların qısa müddətli təsvirləri” Mərhələ – Format üzərində  rəsmin yerləşdirilməsi və qurulması  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU–rektorunun səlahiyyətli nümayəndəsi dos.Cəfər Hüseyn oğlu İbrahimov., dos.Cavadov Elçin Məhəmməd oğlu,  Fizika kafedrasının müdiri, Fakültə tədris metodiki  şurasının sədri dos.Niyazi İlyas oğlu Quliyev,  Təsviri incəsənət kafedrasının müdiri dos.Mərdan Mürsəl oğlu Məmmədov.,  Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən prof. Məmmədov Şaiq Murtuzəli oğlu, b/müəl. –Verdiyeva Esmira Hüseyn  qızı    iştirak  etdilər.

b/m.Ə.Məhərrəmov “Naturadan heyvanların qısa müddətli təsvirləri” mərhələ – fortmat üzərində rəsmin yerləşdirilməsi mövzusunda dərsi müasir tələblərə uyğun səviyyədə apardı. Yeni mövzunun izahı zamanı əyanilik prinsipinə  və müasir kommunikasiya texnologiyalarına əsaslandı, yəni mövzuya uyğun at rəsmini həm lövhədə özü işlədi, həm də atın təsvirinin işlənməsinə dair  slayd  nümayiş etdirdi.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən 29 balla  “əla” qiymətləndirildi.