06.05.2019- cu il tarixdə b/m. Verdiyeva Təranə Zahid qızının açıq dərsi keçirildi

06.05.2019- cu il tarixdə b/m. Verdiyeva Təranə Zahid  qızının  açıq dərsi keçirildi

06 may 2019 – cu il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində “ÜTF və texnologiya” kafedrasının  b/müəl. Verdiyeva Təranə Zahid qızının II kurs “Texnologiya  müəllimliyi” ixtisasında  “Perspektiva” fənnindən “Kölgənin perspektivinin qurulması” mövzusunda  açıq dərsi keçirilmişdir.

Açıq dərsdə  GDU  rektorunun səlahiyyətli nümayəndəsi, ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov, fakültə tədris metodiki şürasının sədri, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev, kafedranın professor – müəllim heyəti üzvlərindən b/m.K.R.Məmmədov., b/m.E.C.Hüseynov.,  labor.Q.Ələkbərova., tədr.ustası- T.Hüseynova və başqaları iştirak edirdilər.

B/m. Verdiyeva Təranə  açıq dərsə başlamazdan əvvəl dərsdə  iştirak edən  professor – müəllim heyətini tələbələrə təqdim etdi. Sonra isə əyani vasitələrdən, kompüter texnikasından istifadə etməklə dərsin mövzusunu tələbələrə izah etdi. Dərsdə video çarxdan dərsə aid kinofilmlərdən istifadə olundu.

Açıq dərsin sonunda müəllim və tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 27 balla “əla” qiymətləndirildi.