29.10.2019-cu il tarixdə Fizika kafedrasının dosenti Namazov Yəhya Binnət oğlunun açıq dərsi keçirildi.

29.10.2019-cu il tarixdə Fizika kafedrasının dosenti  Namazov Yəhya Binnət oğlunun açıq dərsi keçirildi.

29 oktyabr 2019 – cu il tarixdə Fizika və texniki fənlər fakültəsinin II kurs fizika müəllimliyi ixtisasında Fizika kafedrasının dosenti Namazov Yəhya Binnət oğlunun  “Elektrik və maqnetizm” fənnindən  “yarımkeçiricilərin elektrik keçiriciliyi. Məxsusi və aşqar  keçiricilik” mövzusunda açıq dərsi keçirilmişdir.  

Açıq dərsdə  Fizika kafedrasının müdiri disşNiyazi Quliyev və kafedranın  professor – müəllim heyəti üzvlərindən 14 nəfəri iştirak  edirdilər.

Dos.Y.Namazov açıq dərs başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvləri barədə məlumat verdi. Tələbələri onların fərdi xüsusiyyətlərini nəzərə almaqla və fəal interaktiv təlim metodundan istifadə etməklə əvvəlki mövzunun təkrarını keçirdi.

Daha sonra kompüter texnikasından əyani vəsaitlərdən  istifadə etməklə yeni mövzunun izahını verdi. Yarımkeçiricilər mövzusu müasir elmi istiqamət olduğundan  rəngli fotolardan istifadə etməklə mövzunun elmi və   mahiyyətini təcrübəli bilikli müəllim kimi yüksək pedaqoji ustalıq nümayiş etdirdi.

Açıq dərsin sonunda tələbələrin  iştirakı ilə müzakirə keçirildi və açıq dərs 33 balla “əla” qiymətləndirildi.