29 noyabr 2021-ci il tarixdə dos. Əhədova Gülçimən Rasim qızının açıq dərsi keçirildi.

29 noyabr 2021- ci il tarixdə  GDU –nun ÜTF və texnologiya  kafedrasının dosenti Əhədova Gülçimən Rasim qızının IV kurs “Texnologiya  müəllimliyi” ixtisasında “Məişət elektrik cihazları” fənnindən “Paltaryuyan maşınların növləri, sxemləri, texniki göstəriciləri. CMP tipli  paltaryuyan  maşınlarda olan nasazlıq və  onların aradan qaldırılması üsulları”  mövzusunda laboratoriya açıq dərsi keçirildi.

Açıq dərsdə ÜTF və texnologiya  kafedrasının müdiri dos.E.M.Cavadov  və kafedranın professor – müəllim heyəti üzvlərindən 5 nəfəri iştirak edirdilər.

Dos.G.R.Əhədova açıq dərsin  məqsədi, iştirak edənlər barədə  tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.