9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜ
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut edəndən və Azərbaycan sovetləşəndən sonra respublikanın üçrəngli bayrağı da dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də respublika Ali