17.XI.2022-ci il tarixdə müəl. Kazımova Aygün İsgəndər qızının I kurs “Fizika müəllimliyi” ixtisasında “Mexanika” fənnindən “Müntəzəm həndəsi formalı cisimlərin xüsusi çəkisinin təyini” mövzusunda laboratoriya məşğələsindən açıq dərsi keçirildi.

17 noyabr 2022-ci il tarixdə GDU -nun Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının müəllimi Kazımova Aygün İsgəndər qızının I kurs “Fizika müəllimliyi” ixtisasında “Mexanika” fənnindən “Müntəzəm həndəsi formalı cisimlərin xüsusi çəkisinin təyini” mövzusunda laboratoriya məşğələsindən açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU-rektorunun səlahiyyətli nümayəndələri dos.Y.B.Namazov ., dos. Ü.Q.Əfəndiyevi ştirak edidi.

A.İ.Kazımova açıq dərsin mövzusu barədə kompüter texnikasından əyani vasitələrlə istifadə etməklə tələbələrə məlumat verdi. Bu zaman tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almaqla onlarla konstruktiv və kommunikativ əlaqələr qururdu. Tələbələr işin gedişi haqqında müəllimin suallarına cavab verdikdən sonra işə buraxıldılar və laboratoriya işini yerinə yetirdilər.

Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs “28 balla” “Əla” qiymətləndirildi.