17 noyabr 2022-ci il tarixdə b/m. f.f.d.Həmzəyeva Aysel Yunis qızının II kurs “Riyaziyyat müəllimliyi” ixtisasında “Fizika” fənnindən “Maqnit sahəsi Bio-Savar-Laplas qanunu və onun bəzi tətbiqləri” mövzusunda açıq mühazirə dərsi keçirildi.
Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU-rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov iştirak edidi.
b/m.f.f.d. A.Y.Həmzəyeva mövzu üzrə tələbələrə əyani vasitələrdən, kompyuter texnikasından istifadə etməklə geniş mühazirə oxudu. Mühazirənin gedişində tələbələri aktiv şəkildə əvvəlki mövzuları barədə sual – cavaba cəlb edir və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı. Mühazirə mövzusu dərsin sonuna tam başa çatdırıldı.
Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs “29 balla” “Əla” qiymətləndirildi.