21 dekabr 2022-ci il tarixdə GDU-nun Fizika və texniki fənlər fakültəsində qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirildi.
Tədbirdə fakültənin professor-müəllim və tələbə heyyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə Universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm xanım Fətəliyeva açdı. O, tədbir iştirakçılarını universitetin rektoru hörmətli professor Yusif Yusibovun və özünün adından qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ideyası ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Məhz 1991-ci ilin 16 dekabrında Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Təhsilin və elmin inkişafına, gənc kadrların hazırlanmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Gülsüm xanım möhtərəm prezidentimiz İlham Əliyev cənablarına dərin minnətdarlığını bildirdi.
Tədbirdə Fizika və texniki fənlər fakültəsinin dekanı professor Muğan Quliyevdə çıxış edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi, qarşıdan gələn imtahanlarda onlara uğurlar arazurladı. O, qeyd etdi ki, Universtetimizdə tələbələrin yüksək səviyyədə təhsil alması və mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan məqsədyönlü və hərtərəfli təhsil siyasətinin nəticəsidir.
Sonra Fakültə tələbələrinin hazırladığı konsert proqramı təqdım edildi.
BAYRAMINIZ MÜBARƏK!!!!!!