TƏHSİL TƏLƏBƏ KREDİTİ FONDU

TƏHSİL TƏLƏBƏ KREDİTİ FONDU

21 fevral 2023- cü il tarixdə Təhsil Tələbə Krediti Fondunun Gəncə Dövlət Universiteti üzrə məsul şəxsləri və könüllü tələbələri ilə birgə  görüş keçirildi.

Görüşdə Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov Təhsil Tələbə Krediti Fondunun fəaliyyətindən ətraflı danışdı

Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Fondun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək və bu sahədə gənclərə bərabər imkanlar yaratmaqdır.

 Görüşdə Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən tələbələr arasında Universitet üzrə koordinator Sevinc Quliyeva tərəfindən mütəmadi maarifləndirmə işlərinin aparıldığı da diqqətə çatdırılıb.

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətində əməyi keçən fakültələr üzrə məsul şəxslərə və könüllü tələbələrə Fond tərəfindən təltif edilmiş Sertifikat və Təşəkkürnamələr  təqdim edilib.

TƏBRİKLƏR!!!