26 FEVRAL – XOCALI SOYQIRIMI

22 fevral 2023-ci il tarixində Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər və Riyaziyyat –informatika fakültələrinin  professor – müəllim heyəti və tələbələri ilə  birgə  Xocalı soyqırımının 31 illiyinə həsr edilmiş tədbir keçirildi.

Hər il fevralın 26-da bütün Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini  yad edir.

Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

İlk sözlə GDU –nun Humanitar məsələləri üzrə  Dos.Gülsüm xanım Fətəliyeva çıxış edərək bildirdi ki,  Xocalı azərbaycanlıların minilliklərdən  bəri məskunlaşdığı yerdir və burada qədim tarixi abidələr işqal gününə qədər qalmaqda idi. Əslində Xocalı şəhəri 1991 –ci ilin oktyabrından  blokadada idi.

Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Xocalı soyqırımı insanlıq tarixində və insanlığa qarşı işlənmiş ən qəddar, amansız cinayətlərdən biridir. Erməni faşistləri uşaq, qadın və qocalara belə aman vermədilər.

Ümummilli liderimiz Heydər Əliyevin  sözləri ilə desək “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri- insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”

Tədbirdə fakültə dekanı professor Muğan Quliyev   Xocalı faciəsi haqqında dəyərli və məzmunlu çıxış etdi.

Sonra Riyaziyyat –informatika fakültəsinin dekanı, dosent Oruc Hüseynov  da çıxış etdi və onun da dərin məzmunlu, yüksək vətənpərvərlik ruhunda, analitik çıxışı tədbir iştirakçıları tərəfindən diqqətlə dinlənildi.

Tədbirdə hər iki fakultənin  tələbələri Xocalı faciəsinə həsr olunmuş şerləri  yüksək səviyyədə ifa etdilər.

Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə “Xocalı qətliamı”“Xocalı soyqırımı” kimi anılır.