02.05.2023-cü il tarixdə Hacıyeva Bahar Sabir qızının açıq dərsi keçirildi.
02 may 2023– cü il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Hacıyev Bahar Sabir qızının I kurs Texnologiya müəllimliyi ixtisasında “Kulinariya praktikumu” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Salatların və veneqretlərin hazırlanması, bəzədilib süfrəyə verilməsi, isti və soyuq içkilərin, meyvə və tərəvəz şirələrinin düzgün hazırlanması texnologiyasını təhlil etmək” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini E.X.İsmayılov., dos.M.C.Tağıyeva iştirak etmişdir.
B/müəl.B.Hacıyeva açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs “yaxşı” qiymətləndirildi.